2012-ci ilin rekordçusu olan komanda
23.12.2012 - 14:11
2012-ci ilin rekordçusu olan komanda
“Yuventus” 2012-ci ili rekordla başa vurur. Apasport.az saytının məlumatına görə, “Kalyari” üzərində 3:1 hesablı qələbə turinlilərə A seriyasında təqvim ilindəki rekordu yeniləməyə imkan verib.

Belə ki, İtaliyanın hazırkı çempionu bu il 94 xal toplayıb. Bu da 2005-ci ildə “Yuventus”un öz nailiyyətini yaxşılaşdırmağı demək olub. Belə ki, onda komanda hazıırda millimizin rəqibi olan Rusiya yığmasını çalışdıran Fabio Kapellonun rəhbərliyi altında 93 xal qazanıb.

İndiki rekordu müəyyənləşdirən baş məşqçi Antonio Konte idman qəzəbini göstərdiklərini bildirib: “Bu da bizə 1 ilə 94 xal toplamağa imkan verdi. Mən öz futbolçularımdan yalnız bu ruhda oynamağı davam etməyi xahiş edə bilərəm”.

Qeyd edək ki, çempionatda növbəti oyununu gələn ilin yanvarında 6-da “Sampdoriya” ilə keçirəcək “Yuventus” liderliyini davam etdirəcək, ən yaxın izləyicisini 8 xal qabaqlayır,