Arif Əsədov: 3-4 futbolçunu ilk gündən bəyənmişik – MÜSAHİBƏ
23.12.2012 - 14:30
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- Rəhbərliyiniz altında U-19-un dekabrın 20-dən 22-dək ikinci seleksiya xarakterli təlim-məşq toplanışı keçirildi. Budəfəki toplanışın məqsədi nə idi?
- Bilirsiniz ki, yeni komanda qururuq. Bu baxımdan düzgün seleksiya işi aparmaq vacib məqamlardandır. Ötən ay keçirilən toplanış zamanı klublarımızın yetirmələrini yoxladıq. Bu dəfə isə ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuları yoxladıq. Təxminən 20-22 nəfər toplanışda iştirak etdi. Futbolçular çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bəyəndiyimiz oyunçuları dekabrın 24-dən başlayacaq toplanışa dəvət edəcəyik.
- Ölkə xaricində çıxış edən bu futbolçular kimlər tərəfindən üzə çıxarılıb və hazırlığa dəvət edilib?
- AFFA-da seleksiya işi ilə məşğul olanlar var. Onlar həm əsas, həm də aşağı yaşlı futbolçulardan ibarət komandalara futbolçular seçirlər. Həmin adam tapdığı futbolçularla bağlı əsas məlumatları federasiyaya ötürür. Biz də onları bir yerə toplamaqla nəyə qadir olduqlarını yoxlayırıq. Çünki hər birini klublarında ayrılıqda izləsək, vaxt baxımından çatdıra bilmərik.
- Adətən ölkə xaricindən dəvət edilənlərə maraq daha çox olur. Hamı onların daxili yarışlarda çıxış edən futbolçulardan üstün olduğunu düşünür. Siz necə düşünürsünüz, son toplanışa dəvət edilənlər fərqlənirlərmi?
- Seçim zamanı prinsipimiz də bu olacaq ki, onlar yerlilərdən mütləq fərqlənsinlər. İçərilərində fərqlənənlər var. Onlardan hardasa 3-4 nəfərini ilk gündən bəyənmişik.
- Dekabrın 24-də təlim-məşq toplanışına başlayacağınızı dediniz. Hazırlıq proqramı necə olacaq?
- Gündə iki dəfə məşq olacaq. Eyni zamanda 3 yoldaşlıq oyununda gücümüzü sınayacağıq. Dekabrın 26-da, 28-də və 30-da oyunlar keçirəcəyik. Əsas problemimiz ondan ibarətdir ki, sınaqçı rəqiblər tapa bilmirik. Ölkə daxilində keçirilən bütün birinciliklərdə fasilə yaranıb və komandalar istirahətə yollanıb. Məcbur olacağıq ki, ikitərəfli oyunlarla bu boşluğu dolduraq, istədiyim taktiki gedişləri onlara aşılayım.
- Oyun keçirmək üçün hansısa ölkəyə yollanmaq olmazdımı? Məsələn, Vanetin Qranatkinin xatirəsinə həsr edilən turnirdəki rəqiblərimizdən Ukrayna Belarusda toplanış keçirəcək...
- Ukraynada vəziyyət fərqlidir. Onlarda U-18 komandası var. Hansı ki U-17-dən ayrılan futbolçu bu komandaya yollanır və il ərzində müxtəlif turnirlərdə, yarışlarda iştirak edir. Daha sonra isə U-19-a yollanır. Bizi uşaqların əksəriyyəti iki il əvvəl U-17-nin formasını geyinib. U-19-ların isə yaşı bu komandada oynamağa imkan vermir. Yəni həmin U-17-dən ayrılanların əksəriyyəti son bir il ərzində toplaşmayıblar. Belə olan halda, onların formasında artım və ya geriləmə müşahidə edilə bilər. Hazırda seleksiya işi apardığımızdan, yoldaşlıq matçı keçirmək üçün başqa ölkəyə yollana bilmədik. Turnirin bu vaxta düşməsi belə problem yaradır. Halbuki hazırlıqlı getsən, daha yaxşı nəticə qazana bilərdin. Çalışacağıq ki, imkanlardan istifadə edib, maksimum hazır yollanaq. Bizim çətinliyimiz bu turnirlə bağlıdır. Növbəti aylarda keçirəcəyimiz toplanışların qrafikləri məlumdur.
- Rəqiblərlə bağlı hansı məlumatlar toplamısınız?
- Ukrayna və Litvanın U-17 ilə keçirdiyi oyunların disklərini izləmişəm. Son durumlarını, yaxın aylarda keçirdikləri oyunları görməmişəm. Bu baxımdan, birinci oyunda çətinliyimiz ola bilər. Turnirdə olan müddətdə digər rəqiblərimizin oyunlarını izləyəcəyik, nümayəndələrimizi göndərəcəyik.
- Son illərdə komandamız Qranatkin turnirində uğursuz çıxış edir. Bu sindromu qıra biləcəksinizmi?
- Bu da bizim üçün bir yükdür. Çalışacağıq ki, həmin yükün altından uğurla çıxaq. Gərək yaxşı nəticə əldə edək ki. bizi hər il turnirə dəvət etsinlər.
- Turnirdən sonra komanda nə vaxt bir araya gələcək?
- Yanvarın 14-də Bakıya döndükdən sonra komandaya 10 gün istirahət verəcəyik. Yanvarın 25-dən fevralın 5-dək Antalyada təlim-məşq toplanışı keçirəcəyik. Qranatkinin xatirəsinə həsr edilmiş turnirə aparılmayan namizədləri Türkiyəyə dəvət edəcəyik. Bu, o demək deyil ki, bu gün kimisi yoxladıq, bəyənilmədi, kənarda qalacaq. Belə deyil. Həmin futbolçulara növbəti toplanışda şans verəcəyik. Məqsədimiz oktyabr ayına qədər optimal heyəti formalaşdırmaqdır.

0
0