“Ronaldo komandamıza qayıdanda, mən artıq qəbirdə olacağam”
23.12.2012 - 15:43
“Ronaldo komandamıza qayıdanda, mən artıq qəbirdə olacağam”
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson Kriştianu Ronaldonun qayıdışını real saymır. Apasport.az saytının məlumatına görə, şotlandiyalı mütəxəssis 3 il öncə Madrid “Real”ına sataraq, dünyanın ən bahalı futbolçusu etdikləri 27 yaşlı portuqaliyalı hücumçunun İngiltərəyə dönüşünə inanmır: “Düşünmürəm ki, Kriştianu qayıdacaq. Hərçənd bu haqda fikirləşmək xoşdur. Ola bilər ki, bu, onun 39 yaşı olanda baş verəcək, mən isə onda artıq qəbirdə olacağam...Hərçənd bu haqda düşünmək sadəlövhlükdür”.

O, fikrini belə izah edib: ”Birincisi, onu “Real”dan almaq üçün nə qədər pul vermək lazımdır? İkincisi, onu satmaq istədiklərini düşünmürəm. Futbolçunun müqaviləsi bitəndə, başqa kluba keçmək istəyər. Əlbəttə, ümid edirəm ki, portuqaliyalı qayıdışının mümkünlüyünə baxacaq. Ancaq buna qədər hələ çox vaxt var”.

Məlum olduğu kimi, “Mançester Yunayted” “Real”la Çempionlar Liqasının 1/8 final mərhələsinə düşüb. Buna da toxunan təcrübəli çalışdırıcı Ronaldonun “Old Trafford”da meydanda onu yaxşı qəbul gözlədiyini bildirib: “Bundan sonra azarkeşlər onun ünvanına istədikləri kimi qışqıra bilərlər. Biz fəxr edidik ki, onun karyerasının hissəsi olduq. Kriştianu Mançesterə gələndə, onun 17 yaşı vardı. Bizim onunla 6 əla il keçirmək imkanımız oldu”.

Qeyd edək ki, Feryusonun dekabrın 31-də 71 yaşı tamam olacaq.