Cavid 9 dəqiqə oynadı, komandası autsayderi yenə bilmədi
23.12.2012 - 17:52
Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun çıxış etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu bu gün I liqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Adana təmsilçisi “Samsunspor”la ev oyununda qolsuz bərabərlik edərək, vacib 2 xal itirib.
Matça ehtiyat oyunçular skamyasından başlayan Cavid 81-ci dəqiqədə meydana daxil olub. Onun komandası 17 oyundan sonra 27 xalla turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.
Matça ehtiyat oyunçular skamyasından başlayan Cavid 81-ci dəqiqədə meydana daxil olub. Onun komandası 17 oyundan sonra 27 xalla turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.
0
0