Bakıda fiaskoya uğrayan baş məşqçidən görünməmiş təklif
23.12.2012 - 17:00
Bakıda fiaskoya uğrayan baş məşqçidən görünməmiş təklif
İngiltərə yığmasının baş məşqçisi Roy Hocson görünməmiş təklif edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis heç-heçə bitən yoldaşlıq görüşlərindən sonra futbolçularının qalibi müəyyənləşdirmək üçün penalti zərbələri vurulmasına imkan yaradılmağını istəyir.

Onun təşəbbüsü ingilislərin oyun sonrası 11 metrlik cərimə zərbələrində statistik və psixoloji durumu ilə bağlıdır. Belə ki, onlar böyük turnirlərdə bundan “axsayır”. Bunun son bariz nümunəsi elə Hoscosun rəhbərliyi altında bu yay keçirilən Avropa çempionatında İtaliyaya məğlubiyyətdir: “Bu, yaxşı ideyadır. Biz rəqiblərimizlə bərabərliklə nəticələnən yoldaşlıq görüşlərindən sonra penalti vurmağı razılaşdıra bilərdik”.

İngiltərə yığması dünya və Avropa çempionatlarında 6 dəfə - 1990, 1996, 1998, 2002, 2004 və 2012-ci illərdə penaltilərdən sonra uduzub. O, İngiltərə Futbol Assosiasiyasının 150 illik yubileyi ərəfəsində 2013-də “Uembli” stadionunda 4 yoldaşlıq oyunu keçirəcək. Bunlar fevralın 6-da Braziliya, mayın 29-da İralndiya, avqustun 14-də Şotlandiya ilə oynayacaq, iyunun 2-də Rio-de-Janeyroda braziliyalıların qonağı olacaq.

Qeyd edək ki, Hocson 2007-ci ildə Finlandiya yığmasının baş məşqçisi kimi millimizlə Bakıdakı oyunda uduzub – 0:1.