Azarkeşlərin davası Türkiyə çempionatının oyununu yarımçıq qoydu
23.12.2012 - 18:37
Azarkeşlərin davası Türkiyə çempionatının oyununu yarımçıq qoydu
Bu gün Türkiyə çempionatının I divizionunda qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, “Ankaragücü Torku Konyaspor” matçında azarkeşlər arasında dava-dalaş düşüb.

Belə ki, meydan sahiblərinin azarkeşləri qonaqların tərəfdarlarının üstünə cumub. İnsidemt böyüyərək meydanda davam edib və polislər güc tətbiq eməli olub. Həmin vaxt oyunun 42-ci dəqiqəsi olub və qonaqlar hesabda 3:0 irəlidə imiş. Meydan sahiblərinin azarkeşləri bunun əvəzini qonaqların tərəfdarlarımdan çıxmağa qərara alıb. Bu zaman futbolçularla, polislər arasında da dava olub.

“Torku Konyaspor”un azarkeşləri hüquq-mühafizə orqanlarının sayəsində stadiondan çıxarılıb. “Ankaragücü”nun prezidenti və İdarə Heyətinin üzvləri meydana düşərək, bir sıra tərəfdar liderlərlə görüşüb. Baş hakim Mürvət Sezerin oyununu dayandırmaqdan başqa çarəsi qalmayıb.