Stoyço Mladenovu AZAL-a buraxmadılar
24.12.2012 - 10:33
AZAL-a baş məşqçi təyin olunacağı iddia edilən bolqarıstanlı mütəxəssis Stoyço Mladenovun Azərbaycana gəlişi gerçəkləşməyəcək. Apasport.az saytının məlumatına görə, Sofiya MOİK-ində çalışan mütəxəssisin adı artıq neçənci dəfədir “təyyarəçilər”lə hallansa da, keçidi baş tutmayacaq.
Bolqarıstan mətbuatı Mladenovu Bakı klubuna “sırımaq” istəsə də, onun çalışdığı MOİK rəhbərliyi buna əngəl olub. Bunu “hərbçilər”in baş direktoru Georgi İliyev açıqlayıb: “Məşqçilər korpusu maaşların azaldılacağı ilə bağlı söz-söhbətdən narazı olduğu üçün getmək istəyir. Lakin klubun sahibləri ilə bu məsələni yoluna qoyacağıq. Mladenov gedəsi olsaydı, “Mura”ya uduzanda istefa verərdi. İndi çempionatda 8 qələbəsi olan komanda onu buraxmaz”.

0
0