İlin son oyunu: “Neftçi” “Qarabağ”a çata biləcəkmi?
24.12.2012 - 11:09
İlin son oyunu: “Neftçi” “Qarabağ”a çata biləcəkmi?
Sabah Topaz Premyer Liqasında ilə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, VII turdan təxirə salınan yeganə görüş “Neftçi” və “İnter” arasında reallaşacaq. Bundan sonra milli çempionatda 46 günlük fasilə yaranacaq ki, XIX tura gələn ilin fevralın 9-da start veriləcək.

Paytaxt təmsilçiləri üçün bu matçda qələbə çox vacibdir. Əslində, 1-ci yerdəki “İnter”ə qış çempionu olmaq üçün 1 xal, hətta 0:1 hesablı məğlubiyyət də yetərlidir. “Neftçi” 2 top fərqi ilə qalib gələrsə, 2-ci yerdəki “Simurq” topların fərqinə görə ilk pilləni ələ keçirəcək. Ancaq təbii ki, “bankirlər” meydana yalnız qalib gəlmək üçün çıxacaqlar. Bu, “İnter”ə ən yaxın izləyicilərinə, o cümlədən “Neftçi”dən aralanaraq, vahid lider olmağa imkan yaradacaq.

“Neftçi”nin öncə qış çempionu olmaq şansı olsa da, artıq bu imkana malik deyil. Komanda “İnter”ə qalib gələrsə, “Qarabağ”la xal fərqini bərabərləşdirəcək. Ancaq rəqibinə hər 2 oyunda uduzduğundan, şəxsi matçlara görə ondan geridə olacaq. Bu da 1 oyunu ehtiyatda olan bakılıların 4-cü pillədə qalacağı deməkdir.

Ancaq AZAL-la gələn ilə təxirə salınan matçını nəzərə alsaq, “Neftçi” itirilən xallara görə şərikli liderlər “İnter”lə “Simurq”dan qabaqda olacaq. Bu da o deməkdir ki, çempion qalib gələrsə, yeni ilə potensial lider kimi yollanacaq.

VII turdan təxirə salınan oyun
25 dekabr


18:00. “İnter” – “Neftçi”
Bakı. “Şəfa” stadionu


komandaoqhmtx
1
İnter
17
9
6
2
18-6
33
2
Simurq
18
9
6
3
21-11
33
3
Qarabağ
18
8
7
3
23-16
31
4
Neftçi
16
9
1
6
34-20
28
5
Qəbələ
18
8
4
6
21-18
28
6
Xəzər L
18
6
6
6
24-18
24
7
AZAL17
5
7
5
21-19
22
8
Sumqayıt
18
5
5
8
17-32
20
9
Turan
17
5
5
7
19-22
20
10
Bakı
17
3
10
4
15-13
19
11
Rəvan
18
4
4
10
16-29
16
12
Kəpəz
18
2
3
12
11-36
9

Bombardir: Nikolas Kanales (Neftçi) - 14