Mübariz Mənsimov: Klubun əsas sahibi onun azarkeşləridir
24.12.2012 - 12:29
“Məndən “Beşiktaş” satılacağı təqdirdə, alıb-almayacağımı soruşmuşdular. Mən də ala biləcəyimi söyləmişdim. Lakin “Beşiktaş” satılası klub deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyə mətbuatına açıqlamasında deyib.
“Beşiktaş” klubunun azarkeşi olan tanınmış iş adamı “ağ-qaralar”ın maliyyə problemlərinin həlli üçün istanbullulara kömək etməyə hazır olduğunu bildirib.
Məşhur “Forbs” jurnalının hesablamalarına əsasən, Türkiyənin 26-cı zəngin adamı olan Mənsimov “ağ-qaralar”ın çətinlikləri arxada qoyacağına inanır: “Bu klub könlümdəki komandadır. “Beşiktaş” böyük klubdur. Hər çətinliyin altından çıxar. İstanbul təmsilçisinə əvvəllər də maddi kömək etmişik. Lazım olsa, bundan sonra da edərik. Amma klub idarəetməsinə qarışmadım, qarışmaram da. Bütün dünyada klub idarəçiliyi yeni şəkil alır. Bu, Türkiyə idmanına da faydalı olacaq. Amma klubun əsas sahibi onun azarkeşləridir”.

0
0