İqor Mitreski Elçin Məmmədovun qərarını anormal saydı
24.12.2012 - 12:33
“AZAL-la görüşdə ilk yarının sonuna yaxın sürüşmə fəndi ilə topu rəqibdən aldım. Həmin vaxt hakim cərimə zərbəsi təyin etməklə yanaşı, mənə sarı vərəqə göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski deyib.
Dekabrın 22-də AZAL-la matçın 39-cu dəqiqəsində sarı vərəqə alan Mitreski baş hakim Elçin Məmmədovun qərarından narazıdır. Makedoniya yığmasının sabiq futbolçusu keçirdiyi beynəlxalq oyunlar zamanı belə anormal qərara rast gəlmədiyini söyləyib: “Fəndi təmiz yerinə yetirmişdim və sarı vərəqənin nə üçün göstərildiyini anlamadım. Beynəlxalq təcrübəmə əsaslanıb deyə bilərəm ki, belə vəziyyətlər sırf oyun epizodu hesab olunur. İnanıram ki, vərəqə epizodu AFFA-nın İntizam Komitəsi tərəfindən araşdırılacaq və ədalətli qərar çıxarılacaq”.
Qeyd edək ki, bu qarşılaşma “Neftçi”nin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

0
0