“Neftçi”yə lazımsız, Türkiyədə əvəzolunmaz
24.12.2012 - 13:50
Türkiyə çempionatının I dəstəsində ilk dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, PTT I Liqada çıxış edən klublarla birlikdə Azərbaycan millisinin futbolçuları da qış fasiləsinə buraxılıb. Lakin həm təmsilçilərimiz, həm də onların komandaları fasiləyə fərqli əhval-ruhiyyədə yollanıblar.
Milliləşən türkiyəli Cihan Özkaranın şərəfini qoruduğu “Ərciyyəspor” turnir cədvəlinin 2-ci pilləsindədir. Lakin təmsilçimiz liderlər qrupunun sakininin heyətində möhkəmlənə bilmir. Bu üzdən o, futbolçularımız arasında ən az oyun keçirəndir.
6-cı pillədə yer alan “Adana Dəmirspor”un yarımmüdafiəçisi Cavid Hüseynov Cihana baxıb, təsəlli tapa bilər. Lakin son vaxtlar əsasən ehtiyatdan meydana çıxan yarımmüdafiəçi də Rail Məlikovla müqayisə oluna bilməz. Belə ki, “Neftçi”nin sabiq kapitanı yeni komandasında da əvəzolunmaza çevrilib. 12-ci yerdə qərarlaşan “Dənizlispor”a ilk 2 turdan sonra gedən futbolçumuz orda olduğu müddətdə 15 çempionat matçının hamısında meydanda əvəzolunmadan mübarizə aparıb.

futbolçu | oyun | start heyətində | dəqiqə | qol | sarı | qırmızı | |
Rail Məlikov | Dənizlispor | 15 | 15 | 1350 | – | 2 | – |
Cavid Hüseynov | Adana Dəmirspor | 11 | 6 | 505 | – | 2 | – |
Cihan Özkara | Ərciyəsspor | 7 | 2 | 284 | – | 1 | – |
0
0