Aleks Ferqyuson: Van Persi ölə bilərdi
25.12.2012 - 07:30
“Villamsın hərəkəti futbolda indiyə qədər gördüyüm ən təhlükəlisi idi. Buna görə Van Persi ölə bilərdi. Federasiya Villamsa böyük bir cəza verməlidir. Hollandiyalı futbolçu indi həyatda yaşadığı üçün çox şanslıdır. Çünki həmin zaman onun boyunu qırıla bilərdi və həyatla da vidalaşardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson deyib.
Şotlandiyalı çalışdırıcı İngiltərə mətbuatına ötən gün Premyer Liqanın 18-ci turunda “Suonsi” (1:1) ilə qarşılaşmada, rəqib futbolçu Villamsının Van Persiyə qarşı etdiyi kobudluğu şərh edib.
Həmçinin təcrübəli mütəxəssis matçın baş hakiminin düzgün idarəçilik etmədiyini də vurğulayıb:
“Qapımıza vurulan o qoldan öncə, aşkar kobudluq var idi. Gənc bir hakim oyunumuzu idarə etdi. Amma heç də onun idarəçiliyi ürək açan olmadı”
Qeyd edək ki, “Mançester Yunayted” 43 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 39 xal olan “Mançester Siti” isə 2-ci pillədə qərarlaşıb.

0
0