Fariz Nəcəfov: ... həmin gəlirlərdən imtina etdik - MÜSAHİBƏ
25.12.2012 - 18:28
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi
- Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev klub rəsmiləri ilə görüşdü. Görüş zamanı hansı məsələlər müzakirə olundu?
- Əsasən “altılıq” sistemi müzakirə olundu. Bundan başqa klublar tərəfindən deklarasiya qəbul edildi. Belə ki, klubların hər il uşaq futbolu ilə bağlı UEFA-dan əldə etdiyi gəlirlər var. Biz 2 il ərzində “Turan” və “Kəpəz”in lehinə olaraq, həmin gəlirlərdən imtina etdik. Hər iki klubun ev oyunlarını keçirdiyi stadionların qazonu dəyişdiriləcək.
- Siz tərəfdən hansısa təklif irəli sürüldümü?
- Lazım olan məsələlər gündəlikdə idi. Onlar ətrafında müzakirələr getdi. Hansısa təklif irəli sürməyə ehtiyac yox idi. Fikir mübadiləsi aparıldı.
- Bəs rəhbərlik etdiyiniz “Qəbələ” klubunun çıxışı ilə bağlı nə deyə bilərsiniz? 18 tur arxada qaldı...
- Komanda fasiləyə ilk “altılıq”da yollandı. “Altılıq”da qalmaq şansımız da yüksəkdir. Baş məşqçi postundakı dəyişiklikləri, eləcə də çempionatın gedişini nəzərə alsaq, nəticəni qənaətbəxş hesab etmək olar.
- Komanda gözlədiyiniz pillədədirmi?
- Baş məşqçi dəyişikliyini nəzərə alsaq, bəli. Kifayət qədər itirdiyimiz xallar oldu. Bəzi oyunlarda bəxtimiz də gətirmədi.
- Baş məşqçi dəyişikliyi faydalı oldu?
- Ümidləri doğrultdu.
- Hazırda əsas diqqətlər transfer çalışmalarına yönəlib. “Qəbələ”nin planlarını bilmək olarmı?
- Hələ baş məşqçi ilə görüşməmişik. Onunla danışdıqdan sonra hansı mövqeləri gücləndirməyə ehtiyac olduğu aydınlaşacaq. Bilirik ki, pleymeykerə ehtiyac var. Başqa mövqelərlə bağlı da baş məşqçinin qərarını bildikdən sonra hərəkət edəcəyik.
- Bəs göndərilənlər necə, olacaqmı?
- Bu məsələdə də yenə baş məşqçinin fikrini vacibdir. Müqaviləsi başa çatan futbolçular var. Onlarla yeni anlaşma imzalayıb-imzalamayacağımıza baş məşqçi qərar verəcək.
- 2013-cü illə bağlı planlarınız necədir?
- Başladığımız işləri sona çatdırmağa çalışacağıq.

0
0