İstanbul klubu Reyeslə maraqlanır
26.12.2012 - 21:57
İstanbul klubu Reyeslə maraqlanır
“Fənərbaxça” qış transfer dövrəsində heyətini ispaniyalı futbolçu ilə gücləndirmək niyyətindədir. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, İstanbul klubu Xose Antonio Reyesi transfer etməyi planlaşdırır.

Artıq klubun rəhbərliyi “Seviliya”da forma geyinən futbolçunun meneceri ilə danışıqlara başlayıblar. Reyes də “sarı-bülbüllər”in təklifinə rəd cavabı verməyib. O, “əgər hər iki klub razılığa gələrsə, onda mən “Fənərbaxça”ya keçə bilərəm” fikrini bildirib. Lakin 29 yaşlı futbolçunun transferinin qiyməti hələ açıqlanmayıb.

Qeyd edək ki, Xose Antonio Reyes bu mövsüm “Seviliya”da 18 matçda forma geyinib.