“Qalatasaray” Kuarejma ilə 2,5 milyon avroluq müqavilə bağlayır
27.12.2012 - 18:23
“Qalatasaray” Kuarejma ilə 2,5 milyon avroluq müqavilə bağlayır
“Qalatasaray” “Beşiktaş”ın sabiq kapitanı Rikardo Kuarejmanı transfer etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, yaxında “Beşiktraş”la müqaviləsini 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi digər İstanbul təmsilçisində ildə 2,5 milyon avro olacaq. Bu da “Qara Qartallar”da aldığı məbləğdən 1 milyon aşağıdır.

Əgər “Qalatasaray” transferi gerçəkləşdirərsə, futbolçu əlavə xərcə düşəcək. Belə ki, Kuarejma bu halda “Beşiktaş”a 5 milyon avro təzminat ödəməlidir. Bu da onun müqaviləsində daxil edilən bəndlə bağlıdır ki, futbolçu yanvarda Türkiyənin 3 böyük klubundan birinə keçərsə, bu qədər kompensasiya verməyə məcburdur.