“Dinamo” İmamverdiyevin transfer xəbərini gizli saxlayır”
30.12.2012 - 00:03
“Cavid İmamverdiyevə görə həqiqətən “Dinamo”dan rəsmi təklif almışıq. O, yanvarın 8-dən sonra Kiyev klubunun düşərgəsinə yollanacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Onun sözlərinə görə, Kiyev “Dinamo”su gənc yarımmüdafiəçisi Cavid İmamverdiyevlə maraqlandığını göndərdiyi rəsmi dəvətdə əks etdirib: “Futbolçu tibbi müayinədən keçəndən sonra müqavilə ilə bağlı danışıqlar masası arxasına oturacaq. Biz onu əvəzedici heyətə qoymarıq. İmamverdiyev birbaşa əsas komandaya gedir. Onun orda oynayıb-oynamamağı artıq özündən asılıdır. Əgər Kiyev klubunda özünü doğrulda biləcəksə, oynayacaq. Əks halda, ehtiyatda oturacaq. Bu, onun problemidir. “Dinamo”da oynamağında nə Böyükağa Hacıyev, nə də Sadıq Sadıqov rol oynaya bilər”.
Maraqlıdır ki, “Dinamo”nun idman direktorunun müavini Vladimir Veremeyev apasport.az-a müsahibəsində Cavidi tanımadıqlarını, ümumiyyətlə, onlara azərbaycanlı futbolçu lazım olmadığını açıqlayıb. Hacıyev buna belə münasibət bildirib: “Ola bilər ki, “Dinamo” İmamverdiyevin transfer xəbərini gizli saxlayır. Onu deyə bilərəm ki, “Partizan”la sonuncu oyunumuzda Sergey Rebrov Cavidin oyununa canlı baxırdı. Bildiyiniz kimi, o, “Dinamo”nun məşqçisidir və məhz Cavidə görə gəlmişdi. Düzdür, Rebrovla söhbətim olmayıb, yalançı olaram. Ancaq məndə məlumat var ki, oturub oyununa baxıb”.
Əsasən gənc futbolçularına maraq haqda danışan çalışdırıcı müdafiəçilər Elvin Yunuzsadə ilə Tərlan Quliyevin də bu sırada olduğunu deyib. O, Elvini Qyoko Hacıyevskinin çalışdırdığı Səudiyyə Ərəbistanın “Əl-Taavon” klubunun istədiyini, Tərlanın isə Avroliqanın qrup mərhələsində rəqibi olmuş “Rubin”in maraq dairəsinə düşdüyünü söyləyib: “Sizə açıq deyim ki, hamını birdən-birə verə bilmərik. Çünki bu gün özümüzə də futbolçu lazımdır. Hələ ki Cavidi veririk, lazım olsa, dalınca Elvini, sonra da Tərlanı göndərəcəyik. Onlar dünən-srağagün siyahıda yox idilərsə, bu gün gündəmdədirlər. Deməli, futbolçulardan düzgün istifadə olunub, onlara düzgün hazırlıq vermişik. Bu, bizim uğurdur və futbolçuların hamısına müvəffəqiyyətlər arzulayıram. Sadıq müəllimin belə göstərişi var ki, “Neftçi”dən xaricə gedən futbolçulara heç bir baryer qoyulmayacaq. Çünki bunların hamısı Azərbaycan futbolunun inkişafı deməkdir. “Rubin” braziliyalı yarımmüdafiəçimiz Flavinyo ilə də maraqlanıb. Axırıncı dəfə onun yaşını məndən soruşmuşdular. Bir şeyi unutmayaq ki, xarici klub bir nəfəri transfer etmək istəyirsə, düz 1 il onunla maraqlanır. O, bizdədir ki, hə, tez götürüb gəlin. Xaricilər futbolçunu hərtərəfli öyrənməyincə götürməzlər”.

0
0