Loris Remi Premyer Liqa yolunda
08.01.2013 - 06:40
“Marsel”in yarımmüdafiəçisi Loris Remi İngiltərə Premyer Liqasına keçməyə çox yaxındır. Apasport.az saytının “Dailystar”a istinad məlumatına görə, fransalı futbolçu ilə “Nyukasl” yaxından maraqlanır. Artıq “sağsağanlar” 26 yaşlı oyunçunun transferinin həllini başa çatdırmaq üzrədir.
Dortmund “Borusiya”sı və “Şalke”nin də transfer etmək istədiyi futbolçu üçün “Nyukasl” 13 milyon avrosundan keçməyə hazırdır. Demba Banın “Çelsi”yə getməsindən sonra ingilis klubu onun yerini Remi ilə doldurmağı planlaşdırır. “Nyukasl”ın bu təklifinə rədd cavabı verməyən Lorisin “sağsağanlar”a keçidi yaxın günlərdə həll olunacağı bildirilir.
Qeyd edək ki, Loris Remi bu mövsüm “Marsel”in heyətində 23 rəsmi oyunda meydana çıxıb və 3 dəfə rəqib qapılarına yol tapıb.

0
0