Denis Silva: Yenə çempion olacağıq
08.01.2013 - 14:07
Denis Silva: Yenə çempion olacağıq
“Neftçi” ailəsi mənim üçün çox doğmadır. Burada ardıcıl iki dəfə çempionluq sevinci yaşamışam”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Denis Silva deyib.

Bakı klubu ilə ardıcıl 2 dəfə çempionluq yaşayan müdafiəçi yenidən “ağ-qaralar”ın heyətinə qayıdıb.

Braziliyalı futbolçu bununla bağlı fikirlərini komandasının rəsmi saytına açıqlayıb: “Müqavilə ilə məxsus olduğum komanda icazə vermədiyi üçün yarım mövsüm “Neftçi”dən ayrı qaldım. Artıq həmin klubla müqavilə müddətim başa çatıb və azad futbolçu kimi yenidən “Neftçi” ilə müqavilə imzaladım. İnanıram ki, bu mövsüm üçüncü çempionluğu da bayram edəcəyik”.