Əli Gökdəmir “Utrext”ə qarşı oynaya bilər
12.01.2013 - 12:35
Əli Gökdəmir “Utrext”ə qarşı oynaya bilər
“Hannover 96”nın Portuqaliyadakı düşərgəsində yer alan Əli Gökdəmir bu gün yoxlama oyununda çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, “qırmızı iblislər” bu gün yerli vaxtla saat 15.30-da Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək.

Hollandiyanın bir başqa klubu olan “Herenven”lə matçın ikinci yarısında zədələnən Gökdəmirin durumu artıq qaydasındadır. Komanda ilə məşqlərə qatılan futbolçumuzun zədədən yenicə qayıtdığını nəzərə alsaq, son dəqiqələrdə meydana çıxmaq şansı var.