16 komanda arasında 12-ci
13.01.2013 - 18:33
16 komanda arasında 12-ci
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulur. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu yığmamız yarışın son oyununda da meydanı məğlub tərk edib. Bununla da 16 iştirakçı arasında 12-ci olduq.

Hərçənd, oyunda hesabı açan tərəf millimiz olub və qələbənin bir addımlığında olmuşuq. Özü də komandamız oyunun böyük hissəsini rəqibin futbolçusu qovulduğundan, say üstünlüyündə keçirib. Ancaq yığmamız son dəqiqədə buraxdığı qolla tarazlığın bərpa olunmağıına imkan verib.

Reqlamentə görə, qalibi müəyyənləşdirmək üçün birbaşa oyun sonrası penaltilər təyin olunub. Bunu daha dəqiq yerinə yetirən 5:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Əsədovun komandası turnirdə keçirdiyi 5 oyunda cəmi 1 qələbə qazanıb. Bu, startda Livta üzərində 3:2 hesabı ilə olub. Bundan sonra qrupda keçirdiyi oyunlarda Çexiya ilə heç-heçə edən (1:1) millimiz Ukraynaya yenilib – 0:2. Qrupda 3-cü olduğumuzdan, 9-12-ci yer uğrunda mübarizə aparmalı oluruq. Burada Yunanıstana 0:1 hesabı ilə uduzan yığmamız 11-ci yer uğrunda matçda da məyus olub.



11-ci yer uğrunda oyun
13 yanvar
16:30. Azərbaycan – Belarus - 1:1 (penaltilərlə - 3:5)
QOLLAR: Ruslan Nəsirli, 70 - Qleb Rassadkin, 90
QIRMIZI VƏRƏQƏ: Yevgeni Azyorski, 26 (birbaşa)
Penalti seriyası: Coşqun Diniyev, Orxan Əliyev, Kamran Abdullazadə - Nikita Kaplenko, Nikita Paçko, Kirill Sidorenko, Pavel Nazarenko, Qleb Rassadkin
Qolla nəticələnməyən zərbə: Namiq Ələsgərov (qapıçı)

Sankt-Peterburq. “Zenit” İdman Oyunları Sarayı.