“Qvardiola 100 faiz “Mançester Siti”yə rəhbərlik edəcək”
13.01.2013 - 15:00
“Qvardiola 100 faiz “Mançester Siti”yə rəhbərlik edəcək”
Dünyanın ən güclü məşqçilərindən sayılan Xosep Qvardiola işləyəcəyi yeni komandanı müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 42 yaşlı ispan çalışdırıcı karyerasını İngiltərə Premyer Liqasında davam etdirərək, “Mançester Siti”ni çalışdıracaq. Onun komandanı ötən mövsüm çempion, ancaq cari mövsümdə Çempionlar Liqasında qrup sonuncusu edən italiyalı həmkarı Roberto Mançinini əvəzləyəcəyi dəqiqləşib.

İngiltərənin məşhir “The Sun” qəzeti hələ ötən hməşqçilik karyerasını davam etdirməyə hazır olduğunu deyən Qvardiolanın Mançesterdə işləyəcəyini artıq həll olunmuş məsələ sayır: “Qvardiola 100 faiz “Mançester Siti”yə rəhbərlik edəcək. Bunu deyəndə, 99 faiz nəzərdə tutmuruq. Bu, məhz 100 faizdir”.

Qeyd edək ki, Qvardiola məşqçilikdə çoxsaylı titullar qazandığı “Barselona”dan ötən mövsüm gedəndən sonra işsizdir.