“Əvvəl Ermənistan, sonra Azərbaycan yığması ilə oyuna köklənəcəyik”
15.01.2013 - 09:37
“Əvvəl Ermənistan, sonra Azərbaycan yığması ilə oyuna köklənəcəyik”
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Lüksemburq yığması qarşıdakı matçlara daha yaxşı hazırlaşmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, martın 22-də yığmamızı qəbul edəcək cırtdan ölkə təmsilçisi seçmə matçı öncəsi Ermənistanla yoxlama görüşü keçirəcək.

Lüksemburqun baş məşqçisi Lük Holts fevralın 5-dəki həmin matçın millimizlə oyun öncəsi önəmli olduğunu açıqlayıb: “Biz indi Ermənistanla yoxlama matçını düşünürük. Bundan sonra Azərbaycanla seçmə oyuna köklənəcəyik. Yoxlama oyununu Fransanın Valans şəhərində keçirəcəyik. Matç öncəsi həmin şəhərdən 100 km məsafədə olan Lionda məskunlaşacağıq. Bu oyun vacibdir. Çünki nə qədər çox oynasaq, bir o qədər inkişaf edərik”.”