Arif İsayev “Dənizlispor”la müqavilə imzaladı
18.01.2013 - 07:12
Arif İsayev “Dənizlispor”la müqavilə imzaladı
“Dənizlispor” 7 futbolçusu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, təşkil edilən imza mərasimində Azərbaycan milli komandasının oyunçusu Arif İsayev də iştirak edib.

AZAL-dan Türkiyə klubuna keçən təmsilçimiz Atahan Menekşe, Ömər Kandəmir, Ariel Tierri ilə birgə yeni komandası ilə 1.5 illik müqavilə imzalayıb.

Həmçinin “Dənizlispor” Berat Conatan Ustabaşı ilə 3 illik, Kinqsley Nuankvu və Üstün Bilgi ilə mövsüm sonuna qədər müqavilə imzalanıb.