Cihan Özkara “Ərciyəsspor”dan uzaqlaşdırıldı
18.01.2013 - 07:41
“Ərciyəsspor” əsas heyətə düşməkdə çətinlik çəkən Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara ilə müqaviləsinin müddətini qarşılıqlı şəkildə ləğv edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, baş məşqçi Osman Özköylünün liqin ikinci yarısı üçün sərəncamında görmək istəmədiyi 21 yaşlı hücumçu ilə yollarını ayırıb.
Qeyd edək ki, “Sivasspor”a məxsus olan Cihan Özkaranın Kayseri təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi var idi. Millimizin forvardı “Ərciyəsspor”un heyətində Türkiyə PTT 1-ci liqasında və ölkə kubokunda yalnız 4 matçda meydana çıxıb.

0
0