Xosep Qvardioladan yeni rekord
18.01.2013 - 09:45
Xosep Qvardioladan yeni rekord
Almaniyanın “Bavariya” klubunun baş məşqçi postuna yayda keçəcək Xosep Qvardiolanın Bundesliqa təmsilçisindən alacaq maaş məlumdur. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis yeni komandasında ilə 17 milyon avro qazanacaq.

Bununla da “Barselona”da çalışdığı müddətdə ilə 10 milyon avro qazanan Qvardiola dünyanın ən ödənişli məşqçisi olacaq. O, İspaniya “Real”ında ilə 15,3 milyon avro alan Joze Mourinyonun rekordunu arxada qoyacaq. Bu siyahıda 3-cü pillədə isə Karlo Ançelotti (PSJ, Fransa) durur – 13,5 milyon avro.

Qeyd edək ki, Qvardiola “Bavariya” ilə 3 illik müqavilə imzalayıb.