Türkiyəlilər Arif İsayevin debütünü görməyəcək
18.01.2013 - 11:25
Türkiyə kubokunun “1461 Trabzon” – “Fənərbaxça” oyununda baş verən insident meydan sahiblərinə baha başa gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi azarkeşlərin qalmaqal saldığı qarşılaşma ilə bağlı müvafiq qərar çıxarıb. Trabzon təmsilçisi 15 min Türkiyə lirəsi cərimələnməklə yanaşı, 1 rəsmi matçı boş tribunalar önündə keçirəcək.
1-ci liqada çıxış edən trabzonluların növbəti ev oyunu isə Azərbaycan millisinin sabiq üzvlərinin şərəfini qoruduğu “Dənizlispor”a qarşı olacaq. 18-ci turun yanvarın 19-dakı matçı Rail Məlikov və Arif İsayev də tamaşaçısız oynayacaq. Bu isə o deməkdir ki, Arifin yeni komandasında debütünə türkiyəli tamaşaçılar şahid olmayacaq.

0
0