“Simurq”un futbolçusu rəqibini irqçi söyüşlərə məruz qoyub
18.01.2013 - 11:42
“Simurq”un futbolçusu rəqibini irqçi söyüşlərə məruz qoyub
“Simurq” dünən Antalyada ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın “Akjayık” klubu təmsilçimizi 1:0 hesabı ilə məğlub edib.

Görüşdə yeganə qolu serbiyalı Marko Corceviç künc zərbəsindən sonra vurub. Qarşılaşmanın baş hakimi isə həmyerlimiz Ömər Paşayev olub. Paşayev 2 dəfə hər iki komandaya qırmızı vərəqə verməklə yadda qalıb.

Qazaxıstan mətbuatının iddiasına görə, “Simurq”un “Neftçi”dən icarəyə götürdüyü gənc futbolçusu Nicat Qurbanov irqçi söyüşlərə görə qırmızı vərəqə ilə cəzalanıb. Belə ki, o, qazaxların kamerunlu müdafiəçisi Haman Sacoya afrikalı olduğu üçün təhqiramiz söyüş söyüb.

Bu səbəbdən azərbaycanlı hakim onu meydandan qovub.