“Neftçi”nin ruslarla oynayacağı təsdiqləndi
18.01.2013 - 12:31
“Neftçi”nin ruslarla oynayacağı təsdiqləndi
Antalyada hazırlıqlarını davam etdirən “Neftçi”nin daha bir yoxlama oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın aşağı dəstə təmsilçisi olan “Rotor” “ağ-qaralar”la qüvvəsini sınayacağını açıqlayıb.

Volqoqrad təmsilçisi “Neftçi” ilə sabah qarşılaşacaq. Bundan başqa, Valeri Burlaçenkonun yetirmələri Qazaxıstanın “Şaxtyor” və “Vostok” komandaları ilə də gücünü sınayacaq.

Qeyd edək ki, “Neftçi”nin rəsmi saytı yoxlama oyunları ilə bağlı susqunluğunu qorusa da, bundan əvvəl digər Rusiya təmsilçisi – “Amkar” “Neftçi” ilə qarşılaşacağını bəyan etmişdi. Bu gün “İnter”lə görüşəcək Perm klubu “ağ-qaralar”la yanvarın 27-də oynayacaq.