Flavinyo: Məqsədimiz 3-cü dəfə ölkə çempionu olmaqdır
18.01.2013 - 12:55
“Belə hazırlıqlar hər zaman çətin olur. Komandanın hər bir üzvü, 20-25 günlük hazırlıq mərhələsində əlindən gələnin ən yaxşısını etməyə çalışır”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Flavinyo deyib.
Braziliyalı yarımmüdafiəçi klubun rəsmi saytına Türkiyədəki təlim-məşq toplanışının gedişi, keçirəcəkləri yoxlama oyunları və Topaz Premyer Liqasında hədəfləri barədə danışıb: “Keçirəcəyimiz yoxlama oyunlarından sonra daha yaxşı səviyyəyə gələcəyik. Bu qarşılaşmalar tam bərpa olunmağımız baxımından əhəmiyyətlidir, nəticə isə komandanın qələbə əhval-ruhiyyəsini yaxşılaşdırmaq sarıdan önəmlidir. Məqsədimiz ardıcıl 3-cü dəfə ölkə çempionu olmaqdır. Avropa Liqasındakı uğurumuzun davamını Çempionlar Liqasında gətirmək istəyirik”.

0
0