Anatoli Demyanenko Vaqif Sadıqovla görüşəcək
18.01.2013 - 13:02
Anatoli Demyanenko Vaqif Sadıqovla görüşəcək
AZAL-ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” “Volın”la qarşılaşacaqlar.

Ukrayna Premyer Liqası təmsilçisi AZAL ilə sabah üz-üzə gələcək. Lutsk klubunu Anatoli Demyanenkonu çalışdırdığından, Vaqif Sadıqovla görüşəcək. Deməli, “Neftçi”nin iki sabiq baş məşqçisi ilk dəfə bir meydanda üz-üzə gələcək.

Qeyd edək ki, AZAL yanvarın 22-də Çinin “Dalyan Aerbin”, 29-da Finlandiyanın HİK, fevralın 1-də isə Rumıniyanın “Panduri” komandası ilə gücünü sınayacaq.