“Qızıl buts” sahibi millimizə heyran qaldı
18.01.2013 - 13:24
“Azərbaycan millisinin oyun üslubu çox xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bunu 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatının bombardiri Oleq Salenko deyib.
Rusiya yığmasının sabiq üzvü Kamerunla 6:1 hesabı ilə başa çatan oyunda vurduğu 5 qolla bütün dünyada bir andaca məşhur olmuşdu. Ancaq yaxınlarda ehtiyac üzündən qazandığı “Qızıl buts”u satmağa qərar verən Salenko 1995 təvəllüdlü futbolçular arasında keçirilən Valentin Qranatkinin xatirə turnirini izləyib.
Onun yığmamız haqda fikirləri olduqca maraqlıdır: “Eynən sovet dönəmində olduğu kimi, azərbaycanlı futbolçular öz texnikası ilə seçilirdi. Arif Əsədovun hər görüş üçün seçdiyi taktika da çox düşünülmüş idi. Futbolçularınızın əzmkarlığını da qeyd etməliyəm. İdman mətbuatında bu turniri “istedadların kəşfi yarışı” adlandırırlar. Burda arxada qalan oyunlarda yığmanızın 10 (Orxan Əliyev), 7 (Namiq Ələsgərov), 11 (Ruslan Nəsirli), 3 (Şirməhəmməd Məmmədov) nömrəli futbolçuları gözəl, yaddaqalan futbol nümayiş etdirdi. Onların adları yəqin ki, bura gələn bir çox tanınmış klubların seleksionerlərinin dəftərçələrində qeyd olundu. Xüsusən, 7 nömrəli futbolçunuz ağıllı və texnikalı oyunu ilə göz oxşayırdı. Gələcəkdə tanınmış klubların heyətində top qovarsa, buna təəccüblənməyin. Axı ulduzlar Peterburq İdman-Konsert Kompleksində parlayır”.
43 yaşlı veteran extratime.az saytına müsahibəsində Azərbaycan və Rusiya yığmalarının 2014-cü il dünya çempionatının seçmə mərhələsindəki ikinci oyunu haqda da fikirlərini bildirib: “İlk oyuna baxmaq imkanım olmadı. Ancaq epizodlara baxa bildim. Bu görüşdə Fabio Kapellonun yetirmələri möhkəm tərləməli oldu. Oyunun sonuna yaxın penalti sayəsində əldə edilən qələbə onu göstərir ki, Bakıdakı görüş Rusiya yığması üçün hər cəhətdən çətin keçəcək. Sizin yığmanız yerli publika qarşısında özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq”.

0
0