“İnter”in 3 futbolçusu “Amkar”a qarşı oynamayacaq
18.01.2013 - 13:36
“İnter”in 3 futbolçusu “Amkar”a qarşı oynamayacaq
“İnter” bu gün Antalyada ikinci yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadze “Amkar”la görüşdə də 3 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Belə ki, “Aalen”lə matçda oynamayan Nizami Hacıyev, Asif Məmmədov və Baçana Sxadadze Perm klubuna qarşı da forma geyə bilməyəcək. Nizami ilə Baçananın yüngül zədəsi var. Gürcüstanlı çalışdırıcı əsas heyət üzvlərini yoxlama oyununda meydana buraxmaqla risk etmək istəmir. Asif isə Antalyada qripə yoluxub və səhhəti oynamağa imkan vermir.