“Neftçi”nin daha bir rəqibi bəlli oldu
18.01.2013 - 16:26
“Neftçi”nin daha bir rəqibi bəlli oldu
Bakının “Neftçi” klubu “Aktobe” ilə yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Premyer Liqasının bürünc medalçısı ilə oyun yanvarın 21-də baş tutacaq. Bu xəbəri bu gün Aktobe klubunun rəsmi saytı yayıb.

Qeyd edək ki, bundan öncə “Neftçi”nin daha 2 rəqibi bəlli olmuşdu. “Ağ-qaralar” sabah “Rotor”la, yanvarın 27-də isə “Amkar”la qarşılaşmalıdır. Ancaq güclü yağış səbəbindən “Rotor”la matç təxirə salına da bilər.