“Xəzər Lənkəran”ın rəqibi dəyişdi
18.01.2013 - 16:45
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “Xəzər Lənkəran” klubunun ilk yoxlama oyunundakı rəqibi dəyişib. Apasport.az saytının məlumatına görə, sabah Moldovanın “Rapid” klubu ilə görüşməli olan cənubluların bu oyunu baş tutmayacaq.
“Xəzər Lənkəran”ın ilk yoxlama oyununu keçirəcəyi sınaqçı-rəqibi müəyyənləşib. Belə ki, Lənkəranlılar Moldova təmsilçisinin əvəzinə Qazaxıstan “Jetısu”su ilə görüşəcək. Bu komanda ötən mövsüm ölkəsinin Superliqasında 14 komanda arasında 12-ci olub. Matçın Bakı vaxtı ilə saat 19:00-da başlaması planlaşdırılıb.

0
0