“Simurq” Qazaxıstan mətbuatını çaşdırdı
18.01.2013 - 17:42
“Simurq” Qazaxıstan mətbuatını çaşdırdı
Zaqatalanın “Simurq” klubu Qazaxıstan mətbuatını çaşdırıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində təmsilçimizlə qarşılaşana “Akjayık”ın 1:0 hesablı qələbəsi qazaxıstanlı həmkarlarımızın səhvi ilə müşayiət olunub.

Belə ki, onlar “Simurq”u Azərbaycan çempionatının gümüş mükafatçısı kimi təqdim ediblər. Zaqatala təmsilçisinə gümüş medalların “verilməsi” isə təsadüfi deyil.

Öz çempionatları “yaz-payız” sistemi ilə keçirilən qazaxıstanlılar bizim Premyer Liqanın turnir cədvəlində “Simurq”u 2-ci pillədə görüblər və yarışın bitdiyini zənn ediblər.