“Qəbələ” “Beyra-Mar”dan futbolçu almaq istəyir
18.01.2013 - 18:57
“Qəbələ” “Beyra-Mar”dan futbolçu almaq istəyir
“Hazırda Portuqaliyanın paytaxtı Lissabondayıq. Baş məşqçimiz Ramiz Məmmədovla birgə bura bəzi futbolçuları izləməyə gəlmişik”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

“Qəbələ” rəsmiləri bu gün saat 00:00-da Primeyra Liqa çərçivəsində baş tutacaq “Sportinq” – “Beyra-Mar” oyununu tribunadan izləyəcək. Məqsəd bəzi futbolçuların hazırkı durumunu canlı şəkildə görməkdir: “Qonaq komanda olacaq “Beyra-Mar”da diqqət mərkəzində saxladığımız 2-3 futbolçu var. Onlar əsasən yarımmüdafiə xəttində çıxış edir. İstəyirik ki, həmin oyunçuların durumuna canlı şəkildə nəzər salaq. Əgər xoşumuza gəlsələr, futbolçularla danışıqlar aparmağa çalışacağıq”.

Qeyd edək ki, “Beyra-Mar” Aveyru şəhərinin təmsilçisidir və hazırda çempionatda 11-ci pillədə məskunlaşıb. Klubun sahibi iranlı biznesmen Məcid Pişyardır.

Səbuhi TOFİQOĞLU