“Arsenal” Uolkotla razılığa gəldi
18.01.2013 - 20:35
“Arsenal” gənc futbolçusu ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu Teo Uolkot daha 3.5 il “topçular”ın şərəfini qoruyacaq. Bu xəbəri klubun rəsmi saytı açıqlayıb.
Onun komandada qazanacağı məbləğ isə açıqlanmayıb. Lakin ingilis mətbuatı forvardın London təmsilçisindən həftəyə 90 min funt-sterlinq alacağını iddia edir.
Uolkot isə “Arsenal”la yenidən anlaşdığı üçün bunları deyib: “Komandam ilə müqaviləmin müddətini uzatdığım üçün çox xoşbəxtəm. Klubdakı insanların hər birinə təşəkkür edirəm. Mən öncə də bildirmişdim ki, “Arsenal”da qalmaq istəyirəm. Bundan sonra ən önəmli şey komandanın uğur qazanması və kuboklar əldə etməkdir”.
Qeyd edək ki, Teo Uolkot 2006-cı ildən londonluların heyətində çıxış edir. O, 166 matçda meydana çıxıb və 34 qola imza atıb.

0
0