“İkinci dövrəyə qələbələrlə start vermək istəyirik”
18.01.2013 - 21:04
Sabah PTT 1-ci liqasının 18-ci turunda “1461 Trabzon”un qonağı olacaq milli komandamızın futbolçuları Rail Məlikovla, Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor”un mətbuat katibi Nihat Aracı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, klub nümayəndəsi qış transfer dövrəsində komandadan ayrılanların yerinə gətirilən 7 futbolçu ilə daha güclü olacağını bildirib.
Həmçinin o, ikinci yarıya yaxşı başlamaq istədiyini ifadə edib: “Liqada qazanacağımız xallarla yuxarı sıralara yüksəlmək üçün mübarizə aparacağıq. Bizim üçün “1461 Trabzon” matçı önəmlidir. İkinci dövrəyə qələbələrlə start vermək istəyirik. Həmçinin biz, buna nail olacaq gücə də sahibik”.
Qeyd edək ki, “Dənizlispor”un baş məşqçisi Səlahəttin Dərvənt yeni transferlər Arif İsayev, Atahan Menekşe, Nqueukam, Kinqsley və Üstün Bilgiyə “1461 Trabzon” qarşılaşmasında şans verəcəyi gözlənilir.

0
0