Tito Vilanova: O, getmək istədiyini bizə daha öncə bildirməmişdi
18.01.2013 - 21:31
Tito Vilanova: O, getmək istədiyini bizə daha öncə bildirməmişdi
“Barselona”nın qapıçısı Viktor Valdesin komandadan ayrılacağını bildirməsindən sonra klubun baş məşqçisi Tito Vilanova açıqlama verib. Apasport.az saytının məlumatına görə, 44 yaşlı çalışdırıcı ispaniyalı qolkiperin gedişindən sonra onlar üçün çox çətin olacağını vurğulayıb: “Valdesin qərarına hörmətlə yanaşıram. O, getmək istədiyini bizə daha öncə bildirməmişdi. Amma Viktor müqaviləsinin müddətini artıracağını deyirdi. Hər kəs harada çıxış etmək fikrindədirsə, onu da etməlidir. Təbii ki, onun müqaviləsi başa çatacaq və Valdes getməsi üçün yaxşı bir vaxtın olduğunu düşünür. Lakin bizim üçün də çətin olacaq. Çünki onun çıxış etdiyi mövqedə yeni qolkiper axtarmaq lazımdır. Artıq deyəcək bir söz yoxdur və hər kəs istədiyini edə biləcək hüquqa malikdir”.

Qeyd edək ki, "Barselona" rəhbərliyi Valdesin 2014-cü ilin iyun ayında başa çatacağı müqaviləsini 2018-ci ilə qədər uzatmaq istəyib. Lakin 31 yaşlı qapıçı bununla razılaşmayıb. O, karyerasını digər komandada davam etdirmək niyyətində olduğunu bildirib.