“İnter” “Rəvan”a uduzdu
18.01.2013 - 22:33
“İnter” “Rəvan”a uduzdu
“Şəfa” stadionunda təlim-məşq toplanışı keçirən “İnter”in əvəzedici heyəti bu gün ikinci yoxlama matçına çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “bankirlər” “Rəvan”nın əvəzedici heyəti ilə üz-üzə gəlib.

Qarşılaşma “Rəvan”nın 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “İnter” toplanış çərçivəsində növbəti matçını yanvar ayının 24-də keçirəcək. Bu oyunda komandanın rəqibi “Kəpəz”in əsas heyəti olacaq.