"Bakı"nın planını güclü yağış dəyişdi - VİDEO
19.01.2013 - 01:12
Antalyada təlim-məşq toplantısı keçirən “Bakı” hazırlığın 4-cü gününü 2 məşqlə davam etdirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, səhər saatlarında yağan şiddətlə yağış səbəbi ilə meydana çıxmayan futbolçular günə idman zalında fiziki məşğələlərlə başlayıblar.
İkinci məşq isə nəzərdə tutulduğu kimi açıq havada baş tutub. Qızınma hərəkətlərinin ardınca fiziki təmrinləri icra edən futbolçular məşqi ikitərəfli oyunla başa çatdırıblar.
Qeyd edək ki, “Bakı" yanvarın 19-da Bolqarıstan yüksək liqa təmsilçisi "Eter"lə yoxlama oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15.30-da başlanacaq.

0
0