"Espanyol" inamlı qələbə qazandı
19.01.2013 - 04:20
"Espanyol" inamlı qələbə qazandı
İspaniya La Liqasında XX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə bir qarşılaşma reallaşıb.

"Espanyol" doğma publika önündə "Malyorka" ilə münasibətlərinə aydınlıq gətirib. 5 qolun vurulduğu görüşdə sevinən tərəf Kataloniya təmsilçisi olub - 3:2.

Qeyd edək ki, İspaniya La Liqasının XX turunun digər oyunları bu axşam və sabah keçiriləcək.



İspaniya La Liqasında

XX turun oyunları

18 yanvar

"Espanyol" - "Malyorka" - 3:2
Simao, 16, Verdu, 68-pen, Baena, 84 - Santos, 35, Markez, 42

19 yanvar

"Qranada" - "Rayo Valyekano"
"Real" (Sosyedad) - "Barselona"
"Qetafe" - "Sevilya"
"Malaqa" - "Selta Viqo"

20 yanvar

"Osasuna" - "Deportivo"
"Valyadolid" - "Saraqoza"
"Atletiko" (Madrid) - "Levante"
"Valensiya" - "Real" (Madrid)

21 yanvar

"Betis" - "Atletik" (Bilbao)