Frank Lempard MLS liqasında çıxış edə bilər
19.01.2013 - 04:46
“Çelsi”dən ayrılacağı gündəmdə olan Frank Lempardın hansı komandaya gedəcəyi müəyyənləşib. Apasport.az saytının “Goal.com”a istinadən məlumatına görə, ulduz futbolçu ilə “Los Anceles Qalaksi” yaxından maraqlanır.
Devid Bekhemin Amerika klubundan ayrılmasından sonra rəhbərlik onun yerini İngiltərə milli komandasının yarımmüdafiəçisi ilə doldurmaq istəyir. Artıq “Los Anceles Qalaksi” 34 yaşlı futbolçuya rəsmi təklifdə göndərib.
Bu xəbəri Lempardın özü də təsdiqləyib: “MLS liqasında çıxış edib-etməyəcəyim barədə dəqiq bir söz deyə bilmərəm. “Çelsi” ilə hələ bir illik müqaviləm var. Gələcəyimlə bağlı “Çelsi” qərar verəcək”.
“Los Anceles Qalaksi”nin baş məşqçisi Brüs Arena isə bununla bağlı hələ son qərarlarını vermədiklərini bildirib: “Transfer hər zaman ola bilər. Bu ehtimal həmişə olacaq”.

0
0