“Tottenhem”in müdafiəçisinin zədəsi ciddidir
19.01.2013 - 05:18
“Tottenhem”in braziliyalı futbolçusu Sandro Kordeiro 6 ay yaşıl meydanlardan kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının 22-ci turunda KPR-lə (0:0) qarşılaşmada zədələnən 23 yaşlı oyunçu cümə günü dizindən əməliyyat olunub.
Əməliyyatdan sonra isə Sandro ayağının bu vəziyyətini “Tivitter” sosial şəbəkəsində paylaşıb. O, qısa açıqlamasında bunları ifadə edib: “Bu ana qədər bir çox maneəni aşdım. Bunu da aşacağam”.
Müdafiəçi Kordeironun zədələnməsi London klubunun baş məşqçisi Andre-Villas Boası da məyus edib: “Sandro 6 ay komandadan uzaq qalacaq. Buna çox üzüldüm. Yarımmüdafiə xəttində çətinliklərimiz olacaq. Lakin Skott Parker yenidən komandaya qayıdacaq. Bu da bizim üçün yaxşı nəticələnəcək”.

0
0