Buffon 2015-ci ilə qədər "Yuventus"da
19.01.2013 - 05:44
Buffon 2015-ci ilə qədər "Yuventus"da
"Yuventus" rəhbərliyi komandanın əsas qapıçısı Canluici Buffonla yenidən anlşıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı qolkiper Turin klubu ilə müqaviləsinin müddətini daha iki il də uzadıb.

Beləliklə, Buffonun 2015-ci ilə qədər “Qoca Sinyora”nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildən etibarən "Yuventus"un heyətində çıxış edir. O, cari mövsümdə 23 oyunda meydana çıxıb.