“Rubin” “Renn”in müdafiəçisini transfer etmək istəyir
19.01.2013 - 06:51
“Rubin” heyətini “Renn”də çıxış edən Yann M’Vila ilə gücləndirməyi planlaşdırır. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Kazan təmsilçisi 22 yaşlı müdafiəçini qışda komandaya cəlb etmək niyyətindədir.
Artıq “Rubin” rəhbərliyi Fransa klubuna rəsmi təklif də göndərib. Kazanlılar futbolçu ilə 4.5 illik müqavilə bağlamaq istəyirlər. Müdafiəçinin özünə 4.5 milyon avro, “Renn”ə isə təzminat haqqı olaraq 18 milyon avro verəcəkləri iddia edilir.
Qeyd edək ki, Yann M’Vila 2009-cu ildən “Renn”in şərəfini qoruyur. O, 110 matçda meydana çıxıb və 2 qola imza atıb.

0
0