Türkiyəlilər Arif İsayevə inanır
19.01.2013 - 11:11
Türkiyəlilər Arif İsayevə inanır
Bu gün Türkiyə çempionatının I liqasında 2-ci dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq üzvləri Rail Mlikov və Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” səfərdə “1461 Trabzon”un qonağı olacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq qarşılaşma ərəfəsində türkiyəli həmkarlarımız komandaların meydana hansı heyətlə çıxacağını proqnozlaşdırıb. Onlar hər 2 futbolçumuza inanaraq əsas heyətdə görür. Rail Dənizli təmsilçisinə keçdikdən sonra əvəzolunmaz sima sayılırsa, İsayev debütantdır.

Qeyd edək ki, meydan sahiblərinin cəzalı olması üzündən qarşılaşma tamaşaçısız keçiriləcək.