“Qəbələ” – “Styaua” oyunu saat 18:30-da
29.01.2013 - 00:22
“Qəbələ”nin Antalyada Rumıniya nəhənglərindən olan “Styaua” ilə oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “qırmızı-qaralar”ın baş məşqçisi Ramiz Məmmədov deyib.
O əvvəlcə sabah niyə Buxarest klubu ilə qarşılaşacaqlarına aydınlıq gətirib: “Styaua” “Petrolul” kimi Avropanın adlı-sanlı komandalarındandır. O komandanı ona görə seçdim ki, uşaqlar inansınlar ki, bu cür komandaları da məğlub edə bilərik. Söz vermirəm ki, "Styaua"nı məğlub edəcəyik. Bu, futboldur, udmaq da olar, uduzmaq da. Ancaq çalışacağıq ki, "Qəbələ"nin adını ən yaxşı bütün futbol ictimaiyyətində yaxşı şəkildə təmsil edək. Bu oyun yanvarın 30-u saat 18:30-dadır”.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0