UEFA kubokunun sahibi PPT 1-ci liqasında
29.01.2013 - 07:38
Türkiyə PPT 1-ci liqasında çıxış edən “Qaziantep Böyükşəhər Bələdiyəspor”da məşqçi təyinatı gerçəkləşib. Apasport.az saytının məlumatına görə, ötən tur “Çaykur Rizəspor” (1:4) məğlubiyyətinin ardından komandadan ayrılan Mehmet Şahanın yerinə yeni çalışdırıcı gətirilib.
Bu iki dəfə komandanın sükanı arxasında olan Suat Kayadır. Qaziantep təmsilçisi “Qalatasaray”ın veteran futbolçusu ilə 1.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, ilk olaraq 2006-2007-ci il mövsümündə “Qaziantep Böyükşəhər Bələdiyəspor”da işləyən Kaya, daha sonra “Orduspor”u (2007) çalışdırıb. Bir müddətdən sonra Suat yenidən Qaziantep klubuna (2007-2008) qayıdıb. Onun rəhbərliyi altında komanda 60 matçda meydana çıxıb, 20 qalibiyyət əldə edib. 22 oyunda bərabərə qalan “Qaziantep Böyükşəhər Bələdiyəspor” 18 dəfə məğlubiyyətə üzülüb.

0
0