PSJ-dən böyük hesablı qələbə
02.02.2013 - 06:20
PSJ-dən böyük hesablı qələbə
Fransa çempionatında 23-cü turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçı “Tuluza” ilə PSJ arasında reallaşıb. Lider bu oyunda rəqibini top atəşinə tutub.

Beləliklə, meydan sahiblərini hər hissədə bir dəfə mərkəzdən başlamağa məcbur edən Paris klubu xalını 48-ə çıxararaq, turnir cədvəlində liderliyini qoruyub.

Qeyd edək ki, Fransa çempionatının 23-cü turunun digər oyunları bu gün və sabah keçiriləcək.


Fransa çempionatı

23-cü tur

1 fevral

“Tuluza” – PSJ – 0:4
Pastore, 4, İbrahimoviç, 36, Saxo, 70, Van der Vil, 72

2 fevral

“Loryan” – “Renn”
“Bastiya” – “Evyan”
“Bordo” – “Valensyen”
“Brest” – “Nitsa”
“Lill” – “Troye”
“Soşo” – “Sent-Etyen”

3 fevral

“Ayaçço” – “Lion”
“Monpelye” – “Reyms”
“Marsel” – “Nansi”